Bank Of Baku

Azərbaycan parlamenti yaz sessiyasında bir sıra iqtisadi qanun layihələrini müzakirəyə çıxaracaq

Azərbaycan parlamenti yaz sessiyasında bir sıra iqtisadi qanun layihələrini müzakirəyə çıxaracaq
# 31 yanvar 2013 08:24 (UTC +04:00)

 

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan parlamentinin yaz sessiyasında bir sıra iqtisadi qanunların layihələri müzakirəyə çıxarılacaq. «APA-Economics»in xəbər verdiyi kimi, Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına əsasən, parlamentdə Rəqabət Məcəlləsinin layihəsi, «Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında» qanun layihəsi, «Reklam haqqında» qanun layihəsinin müzakirəsi nəzərdə tutulur.

 

Həmçinin, yaz sessiyası ərzində Azərbaycan prezidenti, Ali Məhkəmə, Baş Prokurorluq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü ilə təqdim etdiyi qanun layihələri və bəzi mövcud qanunlara əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihələrinin müzakirəyə çıxarılması da işlər planına daxil edilib.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR