“APA-Economics”in məlumatına görə, təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirən Y. Kahkönen Azərbaycan iqtisadiyyatının dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olduğunu vurğulayaraq, ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsinin önəmini də qeyd edib.
İqtisadiyyatın neft-qaz sektorundan asılılığının azaldılması istiqamətində böyük işlərin görüldüyünü vurğulayan prezident İ. Əliyev ötən il qeyri-neft sektorunun 10 faiz artdığını qeyd edərək, bunu ölkədə informasiya və kommunikasiya texnologiyaları, sənaye, kənd təsərrüfatı və digər sahələrdə həyata keçirilən uğurlu proqramların nəticəsi kimi dəyərləndirib.
Görüşdə Azərbaycanla