Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2012-ci il büdcəsinin icrası ilə bağlı hesabatın təsdiq olunmasına dair sərəncam imzalayıb.
«APA-Economics»in məlumatına görə, hesabat Fondun Müşahidə Şurasının rəyi və ARDNF-in maliyyə fəaliyyətinin nüfuzlu beynəlxalq auditor təşkilatı tərəfindən keçirilmiş auditinin nəticələri nəzərə alınmaqla təsdiq olunub.
Sərəncamda bildirilir ki, hesabat Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin icrası gəlirlər 13 674 070,1 min manat, xərclər 10 573 605,8 min manat və ya Fondun 2012-ci il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 99,7%, xərclər üzrə 98,4% səviyyəsində olmaqla təsdiq edilib.