Bank Of Baku

Azərbaycan Sığortaçılar Assosiasiyasında yeni komitə yaradılıb

Azərbaycan Sığortaçılar Assosiasiyasında yeni komitə yaradılıb
# 27 oktyabr 2014 12:51 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Azərbaycan Sığortaçılar Assosiasiyasında yeni komitə yaradılıb.

 

Assosiasiyadan “APA-Economics”ə verilən məlumata görə, yeni komitə həyat sığortası üzrə fəaliyyət göstərəcək.

 

komitədə ölkədə fəaliyyət göstərən 3 həyat sığortası şirkətlərinin hər birindən 2 nümayəndə iştirak edir.

 

Komitəyə “Paşa Həyat” sığorta şirkətinin sədr müavini Niyaz İsmayılov rəhbərlik edəcək.

 

Komitənin ilk görüşü bu həftə ərzində keçiriləcək. Görüşdə həyat sığortası bazarının vəziyyəti və inkişaf perspektivləri müzakirə ediləcək.

 

Xatırladaq ki, hazırda Azərbaycanda 3 həyat sığortası şirkəti fəaliyyət göstərir. Bunlar “PAŞA Həyat”, “Atəşgah Həyat” və “Qala Həyat” sığorta şirkətləridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR