“APA-Economics”in xəbərinə görə, Azərbaycan 100 ballıq kredit reytinqində 49,8 bal toplayaraq MDB ölkələri arasında ilk üçlükdə yer alıb. Ondan əvvəl 66,9 balla Rusiya (39-cu yer) və 55 balla Qazaxıstan (57-ci yer) gəlir. Digər MDB ölkələri siyahıda belə qərarlaşıb:
89. Ermənistan (35,9 bal)
94. Ukrayna (34,4 bal)
112. Moldova (26,5 bal)
134. Tacikistan (17,9 bal)
Qeyd edək ki, ötən il Rusiya, Qazaxıstan və Azərbaycan reytinqdə müvafiq olaraq 45, 69 və 72-ci yerləri tutub.
“İqtisadiyyatın Rəqabət Qabiliyyətliliyi 2012-2013” hesabatının ilk pilləsində dördüncü ildir İsveçrə qərarlaşıb. İlk üçlüyü Sinqapur və Finlandiya tamamlayır. İlk onluğun sıralaması isə belədir:
4. İsveç
5. Niderland
6. Almaniya
7. ABŞ
8. Böyük Britaniya
9. Honkonq
10. Yaponiya
Reytinqin sonuncu – 142-ci pilləsini Zimbabve (5,3 bal) tutub, iki ölkənin – Bruney-Darüssəlam və Puerto-Rikonun göstəriciləri isə sıfıra bərabər olub.