APA-nın Sloveniya baş nazirinin mətbuat xidmətinə istinadən xəbərinə görə, bu barədə qərar iki ölkənin baş nazirləri Artur Rasizadə və Yanez Yanşanın Bakıda keçirilən görüşündə qəbul edilib.
Y.Yanşa bunu Azərbaycana səfərinin əsas nailiyyətlərindən biri kimi qiymətləndirib. Komissiyanın ilk iclasının bu il Sloveniyada keçirilməsi gözlənilir.
Tərəflər ikitərəfli münasibətlərin yaxın 4 il üçün inkişaf planını hazırlamağı və təsdiqindən sonra onun reallaşdırılmasına başlamağı razılaşdırıblar.
Görüşdə həmçinin baş nazirlərin iştirakı ilə sərnişin və yüklərin beynəlxalq avtomobil daşıması və xidməti pasport sahibləri üçün viza tələblərinin aradan qaldırılması haqqında sazişlər imzalanıb.