Bank Of Baku

Azərbaycan və Toqo gömrük sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Toqo gömrük sahəsində əməkdaşlığı genişləndirir
# 13 may 2014 14:01 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Mayın 8-9 tarixlərində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Toqoda səfərdə olub.

 

Komitədən “APA-Economics”ə verilən məlumata görə, səfərin məqsədi iki ölkənin gömrük xidmətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə etmək olub.

 

Səfərin ilk günü, mayın 8-də A. Əliyevlə Toqo Gömrük və Vasitəli Vergilər Komissarlığının baş komissarı Kodjo Adedze arasında görüş olub. K.Adedze bildirib ki, ölkəsinin gömrük xidməti sahəsində Azərbaycan gömrük xidmətinin dəstəyinə ehtiyacı var. A. Əliyev qeyd edib ki, bu səfər ölkələrimizin gömrük xidmətləri arasında beynəlxalq müstəvidə əməkdaşlığın inkişaf etdirilməsinə və prespektiv məsələlərin öz müsbət həllinin tapmasına töhfə verəcək.

 

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edildikdən sonra “Azərbaycan Respublikası Hökuməti və Toqo Respublikası Hökuməti arasında gömrük əməkdaşlarının potensialının gücləndirilməsi sahəsində qarşılıqlı yardım haqqında Saziş” hər iki ölkənin nümayəndə heyətləri tərəfindən paraflanıb.

 

Görüşdən sonra DGK adından bu ölkənin gömrük xidmətinə noutbuklar və planşetlər hədiyyə edilib. Daha sonra DGK adından hədiyyə edilən iki kinoloji xidmət itinin narkotik vasitələrin axtarışı üzrə təqdimatı keçirilib, axtarış itləri bu ölkənin gömrük xidmətinə təhvil verilib.

 

Mayın 9-da Azərbaycan nümayəndə heyəti Toqo Gəlirlər İdarəsinin baş komissarı Henri Qater və Toqo Respublikası İqtisadiyyat və Maliyyə naziri Adji Ote Ayasor ilə görüşüb. Görüşdə ölkələrimiz arasında gömrük sferasında əməkdaşlıq və bu əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib. Bildirilib ki, gələcəkdə iki ölkə arasında əməkdaşlıq daha da genişlənəcək.

 

Görüşdən sonra “Azərbaycan Respublikası Hökuməti və Toqo Respublikası Hökuməti arasında gömrük əməkdaşlarının potensialının gücləndirilməsi sahəsində qarşılıqlı yardım haqqında Saziş”in imzalanma mərasimi keçirilib. Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Toqo Respublikası İqtisadiyyat və Maliyyə naziri Adji Ote Ayasor imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR