Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Nazirlər Kabineti Vergilər Nazirliyinin struktur bölmələrinin adlar siyahısında dəyişiklik edib.
“APA-Economics”in xəbərinə görə, Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə rəsmi sənədlərdə "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları"nda "Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında, tabeliyində olan İri Vergi Ödəyiciləri ilə İş üzrə Departament, Bakı Şəhər Vergilər Departamenti, Ərazi Vergilər İdarəsi" sözləri "Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında, tabeliyində olan Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti, Bakı Şəhəri Vergilər Departamenti, Ərazi vergilər idarələri Rayon vergilər şöbələri" sözləri ilə əvəz edilir.
Bundan əlavə, Azərbaycan Nazirlər Kabinetinin digər qərarı ilə "İnzibati orqanların Təsnifatı"nın II bölməsinin 15-ci hissəsi aşağıdakı redaksiyada verilir:
|
15. |
Azərbaycan Respublikasının Vergilər Nazirliyi Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi |
|
15.1. |
Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti |
|
15.2. |
Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti |
|
15.3. |
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti |
|
15.4. |
Azərbaycan Respublikası Vergilər Nazirliyinin: |
|
15.4.1. |
Bakı Şəhəri Vergilər Departamenti |
|
15.4.2. |
ərazi vergilər idarələri |
|
15.4.3. |
rayon vergilər şöbələri |
|
15.5. |
Naxçıvan şəhər vergilər idarəsi, Naxçıvan Muxtar Respublikasının rayon vergilər şöbələri |
Əlavə olaraq Nazirlər Kabineti "Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nı təsdiq edib. Siyahıda yalnız Vergilər Nazirliyinin Tədris Mərkəzi yer alıb.