Bu ilin yanvar-aprel aylarında Azərbaycan 4 mlrd. 631 mln 311,68 min dollar dəyərində 9 mln. 338 min 941,60 ton xam neft ixrac edib.
"APA-Economics" Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, həcm baxımından 2017-ci ilin 4 ayı ilə müqayisədə 2 mln. 845 min 476,57 ton və ya 43,82% çoxdur, məbləğ baxımından isə 2 mln. 14 mln. 935,86 min dollar və ya 1,77 dəfə çoxdur.
Qeyd edək ki, 2017-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandan xarici ölkələrə 2 mlrd. 616 mln. 375,82 min dollar dəyərində 6 mln. 493 min 465,03 ton xam neft ixrac edilib.
Qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında xam neftin ixracı Azərbaycanın ümumi ixracının 81,94%-ni təşkil edib.