Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin I yarısında iqtisadi tərəfdaş ölkələrdən Azərbaycana daxil olan pul baratları 511 mln. ABŞ dolları təşkil edib.
“APA-Economics”in xəbərinə görə, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının 2015-ci ilin 6 ayının yekunlarına həsr olunmuş Pul Siyasəti İcmalında qeyd olunub.
Məlumata əsasən 2014-cü ilin 6 ayı ilə müqayisədə bu ilin eyni dövründə ölkəyə daxil olan pul baratlarının həcmi 288 mln. manat və ya 56,36% azalıb.
Qeyd edək ki, 2013-cü ilin yanvar-iyun aylarında Azərbaycana daxil olan pul baratlar 693 mln. ABŞ dolları olub.