Bank Of Baku

Azərbaycana idxal olunan malların həcmi 17% azalıb

Azərbaycana idxal olunan malların həcmi 17% azalıb
# 16 dekabr 2014 10:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycana idxal olunan malların həcmi 8 112 131,96 min ABŞ dolları təşkil edib.

 

APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi xəbərə görə, bu göstərici ötən ilin 11 ayı ilə müqayisədə 16,61% azdır.

 

Bu müddət ərzində ölkəmizə 941 697,50 dollar həcmində yeyinti məhsulları idxal edilib ki, bu da ümumi idxalın həcminin 11,61%-ni təşkil edir. Ölkəyə idxal olunan yeyinti məhsullarının həcmi ötən ili analoji dövrü ilə müqayisədə 9,29% azdır.

 

Ölkəyə gətirilən yeyinti məhsullarının strukturuna nəzərdə saldıqda, hesabat dövründə Azərbaycana 361 min 936,27 dollarlıq buğda, 176 min 203,99 dollarlıq şəkər, 67 min 889,43 dollarlıq bitkiçilik və heyvan mənşəli piylər və yağlar, 25 min 759,01 dollarlıq meyvə-tərəvəz, 19 min 626,84 dollarlıq kərə yağı, 13 min 923,89 dollarlıq ət, 8 min 191,17 dollarlıq süd idxal olunub.

 

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana idxal olunan qara metallar və onlardan hazırlanan məmulatların həcmi azalıb. Belə ki, bu müddət ərzində ölkəyə idxal edilən ümumi idxal həcminin 10,53%-ni təşkil edən bu növ məhsulların həcmi 18,26% azalaraq 853 min 802,69 dollar təşkil edib.

 

Ölkəyə idxal olunan məhsulların 27,77% həcmini təşkil edən maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrinin də idxalı 9,01% azalaraq 2 mln. 252 min 613,13 min dollar olub.

 

Bundan başqa, ölkəyə idxal olunan ümumi məhsulların 9,22%-ni təşkil edən nəqliyyat vasitələri və onların hissələrinin həcmi də 42,97% azalaraq 748 067,11 dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR