Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə "Heimann X-Ray" rentgen yük yoxlama qurğusunda baxış keçirilib.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, yoxlama zamanı əl yüklərinə daxil olan 4 ədəd çantadakı müxtəlif ərzaq məhsullarının arasından, gömrük nəzarətinə bəyan olunmayan 13000 ədəd siqaret aşkar edilərək götürülüb.