Bank Of Baku

Azərbaycana səfər sığortasının geniş tətbiqi nəzərdə tutulur

Azərbaycana səfər sığortasının geniş tətbiqi nəzərdə tutulur
# 27 aprel 2018 15:15 (UTC +04:00)

Azərbaycan Sığortaçılar Assosiasiyasında səfər sığortası ilə bağlı görüş keçirilib.

 

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə səfər sığortası üzrə işçi qrupunun görüşü keçirilib.

 

ASA-dan "APA-Economics"ə verilən məlumata görə, görüşdə səfər sığortasının həm daxili, həm xarici turizmdə aktiv istifadəsinin təmin edilməsi üzrə müzakirələr aparılıb.

 

Görüş zamanı beynəlxalq təcrübədə ölkəyə daxil olan turistlər üçün səfər sığortasının məcburi qaydada tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, turizm şirkətlərinin istehlakçılar qarşısında məsuliyyətinin müəyyən edilməsi üçün məsuliyyət sığortasının yaradılmasının əhəmiyyəti vurğulanıb. Görüş zamanı AZTA tərəfindən turizm sektorunda səfər sığortasının tətbiqi üçün mövcud problemli məqamlar və bununla bağlı həll metodları səsləndirilib.

 

Görüşün yekunu olaraq sığortaçılar səfər sığortasının ölkəyə daxil olan turistlərə münasibətdə məcburi qaydada tətbiqi ilə bağlı “Turizm haqqında” qanuna dəyişiklik təklifi və təklifin hazırlanmasından sonra müvafiq qurumlara müraciət edilməsi qərara alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR