Bank Of Baku

"Debütbank"ın kreditorlarının tələbləri ilə bağlı məhkəmə keçiriləcək

"Debütbank"ın kreditorlarının tələbləri ilə bağlı məhkəmə keçiriləcək
# 16 fevral 2016 09:01 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda 6 il əvvəl müflis elan olunan bankın kreditorlarının tələbləri ilə bağlı məhkəmə dinləmələri keçiriləcək.

 

"APA-Economics" xəbər verir ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 15 dekabr 2010-cu il tarixli qərarı ilə müflis elan edilməklə iflas prosesinə başlanılması qərara alınmış "Debütbank" ASC-nin ləğvedicisi "AZE Financial Consulting" MMC tərəfindən məhkəmənin təsdiqinə verilmiş 2015-ci ilin IV rübü üzrə qəbul və etiraz edilən kreditorların tələblərinin qeydiyyatının təzələnmiş siyahısının təsdiq olunması məsələsinə baxılması üçün məhkəmə dinləmələri təyin olunub.

 

Məhkəmə prosesi 25 fevral saat 12:00-da 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin inzibati binasına təyin edilib. İşə hakim Müseyib Bayramovun sədrliyi ilə baxılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR