Bank Of Baku

Azərbaycanda «Aktuar hesablamalar kursları»nın I mərhələsi başlayıb

Azərbaycanda «Aktuar hesablamalar kursları»nın I mərhələsi başlayıb
# 29 yanvar 2013 14:13 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin dəstəyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə «Aktuar hesablamalar kursları»nın I mərhələsi başlayıb. Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, kurslar martın 7-dək davam edəcək.

 

Treninqlər Azərbaycan Aktuarlar Assosiasiyasının təcrübəli mütəxəssisləri tərəfindən həftə içi hər gün olmaqla 2 növbədə tədris edilir.

 

Kursda iştirak edən 60 nəfər gəncə aktuari etikası, faiz hesablamaları, gəlirlilik faizi, yığım fondu, annuitetlər, ipoteka, istiqrazlar, statistika, ehtimallı annuitetlər, sadə pensiya modelləri və s. mövzular tədris ediləcək. Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat veriləcək.

 

Qeyd edək ki, kurslar davamlı olaraq keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR