Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən «Invest Az Asset Management» MMC-yə aktivlərin idarə olunması üzrə fəaliyyəti ilə məşğul olmaq üçün yeni xüsusi razılıq (lisenziya) verilib.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, MMC-yə yeni lisenziya 5 il müddətinə verilib.
Beləliklə, hazırda qiymətli kağızlar bazarında 14 broker fəaliyyəti, 13 diler fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 aktivlərin idarə olunması, 1 fond birjası və 2 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş xüsusi razılıqlar (lisenziyalar) qüvvədədir.