Bank Of Baku

Azərbaycanda bank depozitlərinin həcmi son bir ildə 18% artıb

Azərbaycanda bank depozitlərinin həcmi son bir ildə 18% artıb
# 03 oktyabr 2013 11:04 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin ümumi həcmi 2013-cü il sentyabrın 1-nə 11 661,5 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 783,2 mln. manat və ya 18,1% çoxdur. O cümlədən, bu ilin əvvəlindən depozitlərin həcmi 962,3 mln. manat və ya 9,0% artıb.

 

Depozitlərin tərkibində 6 090,4 mln. manat və ya 52,2% ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əmanətlərin həcmi 2012-ci ilin sentyabrın 1-nə nisbətən 1 627,8 mln. manat və ya 36,5%, o cümlədən, bu ilin əvvəlindən 977,0 mln. manat və ya 19,1% artıb.

 

Eyni zamanda, hüquqi şəxslərin depozitlərinin həcmi sentyabrın 1-nə 5 571,1 mln. manata bərabər olub. Bu göstərici son bir ildə 155,3 mln. manat və ya 2,9%, ilin əvvəlindən isə 14,8 mlın. manat və ya 0,3% artıb.

 

Hüquqi şəxslərin depozitlərinin tərkibində 2 931,3 mln. manat və ya 52,6% maliyyə təşkilatlarının depozitləri, 2 639,8 mln. manat və ya 48,4% qeyri-maliyyə təşkilatlarının depozitlərinin payına düşüb. Qeyd edək ki, illik müqayisədə maliyyə təşkilatlarının depozitləri 321,0 mln. manat və ya 12,3% artıb, qeyri-maliyyə təşkilatlarının depozitləri isə 165,7 mln. manat və ya 5,9% azalıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR