Bakı - APA-Economics. Cari ilin oktyabr ayının 1-nə Azərbaycanda bankların ümumi aktivləri 23 mlrd. 505,8 mln. manat təşkil edir.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən verdiyi xəbərə görə, bu ilin yanvarın 1-nə bankların ümumi aktivləri 20 mlrd. 385,1 mln. manat təşkil edib. Beləliklə, banklar yanvar-sentyabr aylarında aktivlərini 15,3% artırıblar.
Oktyabrın 1-nə bankların kredit qoyuluşları 17 mlrd. 129,5 mln. (14,3%-lik artım), məcmu kapitalı isə 3 mlrd. 898,8 mln. manat (13,8%-lik artım) təşkil edib.
Statistikaya əsasən, banklarda yerləşdirilən əhalinin əmanətləri 14,9% artaraq 7 mlrd. 351,9 mln. manata çatıb.