Bank Of Baku

Azərbaycanda bankların aktivləri 24% artıb

Azərbaycanda bankların aktivləri 24% artıb
# 12 avqust 2013 08:45 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivlərin həcmi son bir ildə 3 471,06 mln. manat və ya 23,6% artaraq 2013-cü ilin iyulun 1-nə 18 186,26 mln. manata çatıb.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, o cümlədən bu ilin yanvar-iyun ayları ərzində aktivlərin həcmi 1 655,85 mln. manat və ya 10,0% artıb:

 

Bank aktivlərinin tərkibində əsas yeri müştərilərə verilən kreditlər tutur. Belə ki, bu kreditlərin həcmi 12 551,7 mln. manat təşkil edir. Bundan başqa, aktivlərin tərkibində 1 573,8 mln. manat həcmində olan investisiyalar, 998,3 mln. manat həcmində olan müxbir hesablar, 774,0 mln. həcmində nağd vəsaitlər, 720,2 mln. manat həcmində maliyyə sektoruna verilən kredit və depozitlər və 1 568,2 mln. manat həcmində digər aktivlərdir.

 

Passivlərin tərkibində 8 436,2 mln. manat həcmində depozitlər, 5 876,3 mln. manat həcmində maliyyə sektorundan cəlb edilən kredit və depozitlər, 1 016,9 mln. manat həcmində digər öhdəliklərin payına düşüb. Passivlərin tərkibində kapitalın həcmi 2 856,9 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR