Bank Of Baku

Azərbaycanda bankların qeyri-faiz zərəri kəskin artıb

Azərbaycanda bankların qeyri-faiz zərəri kəskin artıb
# 03 oktyabr 2013 13:26 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları 2013-cü ilin yanvar-avqust aylarında 240,21 mln. manat həcmində vergi ödənilənədək mənfəət qazanıb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu, 2012-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 138,23 mln. manat və ya 2,4 dəfə çoxdur.

 

Yanvar-avqust aylarında bankların faiz gəlirləri 1 066,62 mln. manat, faiz xərcləri 531,64 mln. manat təşkil edib və nəticədə, faiz mənfəəti 534,98 mln. manata bərabər olub. Eyni zamanda, bankların qeyri-faiz gəlirləri 273,69 mln. manat, qeyri-faiz xərcləri isə 466,06 mln. manat təşkil edib ki, bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 192,37 mln. manat həcmində zərər yaranıb.

 

Qeyd edək ki, faiz mənfəəti illik müqayisədə 148,71 mln. manat və ya 38,5%, qeyri-faiz zərəri isə 43,66 mln. manat və ya 29,4% artıb. Göründüyü kimi, qeyri-faiz əməliyyatlarında vəziyyət hələ də neqativdir. Belə ki, həmin əməliyyatlar yekun olaraq banklara zərər gətirir və bu sahədə zərərin hətta artımı müşahidə olunur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR