Bank Of Baku

Azərbaycanda bankomatların sayı artıb

Azərbaycanda bankomatların sayı artıb
# 03 noyabr 2014 12:53 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda 2014-cü il oktyabr ayının 1-nə 2 543 ədəd bankomat quraşdırılıb.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ayla müqayisədə 33 ədəd və ya 1,31% çoxdur, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 147 ədəd və ya 6,14% çoxdur.

 

Cari ilin oktyabrın 1-nə bankomatların 1 440-ı (keçən ilə nəzərən 6,3% artımla) Bakı şəhərində, 1 103-ü (keçən ilə nəzərən 5,96% artımla) isə digər şəhər və rayonlarda yerləşir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR