Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda 2016-cı il mart ayının 1-ə 2 562 ədəd bankomat quraşdırılıb.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ayla müqayisədə 11 ədəd və ya 0,43% azdır, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 60 ədəd və ya 2,29% azdır.
Cari ilin martın 1-ə bankomatların 1 424-ü (keçən ilə nəzərən 3,6% azalma) Bakı şəhərində, 1 138-i (keçən ilə nəzərən 0,6% azalma) isə digər şəhər və rayonlarda yerləşir.