Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanda daha bir holdinq dövlət qeydiyyatına alınıb.
Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “Miraj Holdinq” MMC nazirlikdə qeydiyyatdan keçib.
30 iyul 2015-ci ildə dövlət qeydiyyatına alınan holdinqin nizamnamə kapitalı 10 manatdır. MMC-nin qanuni təmsilçisi Ələkbərov Ağaşirin Gülşirin oğludur. Holdinqin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal ŞTQ, massiv 2, ev 48 göstərilib