“Trast Sığorta və Təkrarsığorta Brokeri” MMC yaradılıb.
“APA-Economics” “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, şirkətin nizamnamə kapitalı 100 manatdır.
MMC-nin hüquqi ünvanı Abşeron Bakı şəhəri, Xətai rayonu, Əhmədli ŞTQ, Gəncə prospekti ev 79 m. 50 ünvanında yerləşir.
Şirkətin qanuni təmsilçisi Dəyanət Məmmədovdur.
MMC bu il aprel 6-da dövlət qeydiyyatına alınıb.