Bank Of Baku

Azərbaycanda dolların bahalaşması, avronun ucuzlaşması davam edir

Azərbaycanda dolların bahalaşması, avronun ucuzlaşması davam edir
# 17 dekabr 2015 06:28 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün dekabrın 16-ı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi artıb.

 

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 17-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 16-ı ilə müqayisədə 0,0004 manat və ya 0,04% artaraq 1,0499 manat olub.

 

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası bu gün 0,0083 manat və ya 0,72% ucuzlaşaraq 1,1394 manata düşüb.

 

Manata nəzərən Rusiya rublunun məzənnəsi artıq üç gündür ki, 0,0149 manat səviyyəsində qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR