«APA-Economics»in xəbər verdiyi kimi, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Xəqani Abdullayev bəyan edib.
X.Abdullayevin sözlərinə görə, hazırda ipoteka kreditlərinə çıxışı asanlaşdıran və kredit proseduralarını sadələşdirən bu təkliflər AMB, aidiyyəti qurumlar və hökumət arasında müzakirə olunur.
Bildirilir ki, təkliflər həm kommersiya xarakterli, həm də sosial ipotekanı əhatə edəcək.