Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycanda maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsində Dövlət Maliyyə Nəzarəti Xidmətinə dəstək» layihəsinin yekunlaşması ilə bağlı təqdimat keçirilib.
«APA-Economics»in məlumatına görə, tədbirdə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi, Almaniyanın Federal Maliyyə Nazirliyi və Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələri layihə üzrə əldə olunmuş nəticələr barədə məlumat veriblər.
Bildirilib ki, 18 ay davam edən layihənin məqsədi qabaqcıl Avropa təcrübəsinə və beynəlxalq səviyyədə tanınmış standartlara uyğun olaraq dövlət maliyyə nəzarəti sisteminin inkişafında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinə kömək etmək, onun fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsinə dəstək olmaqdır.