Bank Of Baku

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi artıb

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi artıb
# 22 avqust 2013 08:26 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2013-cü ilin yanvar-iyul ayları üzrə 1,36 bənd təşkil edib. “APA-Economics”in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu da 2013-cü ilin yanvar-iyunun göstəricisindən 0,02 bənd çoxdur:

 

 

Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbətidir. Bu nisbət əsas iki xərcləri ödəməkdən sonra əhalinin sərəncamında qalan gəlirlərin hissəsini göstərir.

 

Yanvar-iyul aylarında pərakəndə ticarət dövriyyəsi 10,651 mlrd. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 3,301 mlrd. manat, əhalinin məcmu gəliri isə 18,914 mlrd. manat təşkil edib. Beləliklə, gəlirlər əsas xərcləri 4,962 mlrd. manat və ya 35,6% üstələyir.

 

Cədvəldən göründüyü kimi, ötən illə müqayisədə əhalinin alıcılıq qabiliyyəti indeksi müəyyən dərəcədə azalıb. Belə ki, ötən ilin yanvar-iyul ayları üzrə bu göstərici 1,46 bəndə bərabər olub. Bu ilk növbədə əhalinin xərclərinin stabil olaraq artması fonunda gəlirlərinin artım tempinin azalması ilə bağlıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR