Bank Of Baku

Azərbaycanda əhalinin bank əmanətləri son bir ildə 24% artıb

Azərbaycanda əhalinin bank əmanətləri son bir ildə 24% artıb
# 22 yanvar 2013 12:32 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il dekabr ayının 1-nə Azərbaycan əhalisinin banklardakı əmanətlərinin ümumi həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24,4% artaraq 4 763,0 mln. manata çatıb.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmanətlərin 2 804,6 mln. manatı və ya 58,9%-i milli, 1 958,4 mln. manatı isə xarici valyutada qoyulub və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 42,4% və 5,3% artıb. Əmanətlərin 76,1%-i özəl banklarda yerləşdirilib.

 

Qeyd edək ki, 2012-ci ilin dekabr ayında manatın 1 ABŞ dollarına qarşı orta məzənnəsi 0,78 manat, 100 Rusiya rubluna 2,56 manat, 1 avroya 1,03 manat, ilin əvvəlində isə müvafiq olaraq 0,79 manat, 2,53 manat və 1,01 manat təşkil edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR