Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda pərakəndə əmtəə dövriyyəsi 10,7 mlrd. manata, pulu xidmətlərin həcmi isə 3,3 mlrd. manata çatıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin yeddi ayına nisbətən pərakəndə əmtəə dövriyyəsi 9,2%, pullu xidmətlərin həcmi isə 6,8% artıb.
Hesabat dövründə realizə olunmuş əmtəələrin 52,1%-ni ərzaq məhsulları, 47,9%-ni isə qeyri-ərzaq malları təşkil edib və onların satışı müvafiq olaraq 0,2% və 21,8% artıb.
«Bu ilin yeddi ayında elektron ticarət dövriyyəsi vasitəsilə alıcılara 1 235,5 min manatlıq qeyri-ərzaq malları və 95,9 min manatlıq ərzaq məhsulları satılıb. Elektron ticarətin həcmi ötən ilin analoji dövrünə nisbətən 59,4% artıb», - deyə Komitədən bildirilib.