Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda əsas kapitala xarici mənbələrdən yönəldilən vəsaitin həcmi artıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2013-cü ilin yanvar-iyun aylarında xarici mənbələrdən Azərbaycanın əsas kapitalına 1 850,1 mln. manatlıq vəsait yönəldilib. Ötən ilin ilk yarısı ilə müqayisədə bu göstərici 41,4% artıb.
Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yönəldilmiş vəsaitin 1 598,3 mln. manatı (86,4%-i) Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə və Çexiya sərmayədarlarına məxsus olub.