Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində xarici mənbələrdən Azərbaycanın əsas kapitalına 32,6 mlrd. manata yaxın vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ildə xarici mənbələrdən ölkənin əsas kapitalına yatırılmış vəsaitin həcmi 2011-ci ilə nisbətən 23,4% artaraq 3 258,9 mln. manat təşkil edib.
«Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yönəldilmiş vəsaitin 2,933 mlrd. manatı və ya 90%-i Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə, Çexiya və Fransa investorlarına məxsus olub», - deyə Komitədən bildirilib.