Bakı – APA-Economics. Ötən il Azərbaycanda gömrük xidməti tərəfindən 14 300-dən artıq inzibati qaydada hüquqpozma faktı və 210 cinayət halı aşkar edilib, o cümlədən mütəşəkkil qruplar zərərsizləşdirib. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.
Onun sözlərinə görə, 2012-ci ildə gömrük əməkdaşları 131 kq-dan artıq narkotik vasitə və psixotrop maddələr götürülüb.
Gömrük Məcəlləsinin qəbul olunması ilə əlaqədar olaraq normativ bazanın yenilənməsi və Məcəlləyə uyğunlaşdırılması ilə bağlı işlər davam edib. Bununla bağlı hazırlanması nəzərdə tutulan 59 normativ sənədin 29-u qəbul olunub, qalanlarının hazırlanması başa çatdırılıb. Bunlardan iki sənədin layihəsi ayrı-ayrı nazirliklərdə razılaşdırmaq mərhələsindədir, digər sənədlər isə Nazirlər Kabinetinə təqdim edilib.