Bank Of Baku

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 15% artıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 15% artıb
# 21 oktyabr 2013 11:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi bu ilin yanvar-sentyabr ayları ərzində büdcə daxilolmaları haqqında məlumatı açıqlayıb.

 

«APA-Economics»in Komitənin hesabatına istinadən verdiyi məlumata görə, bu ilin 9 ayında gömrük orqanlarının xətti ilə 1 011,745 mln. manat həcmində vəsait büdcəyə daxil olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,8% çoxdur.

 

Belə ki, toplanan məbləğin 214,379 mln. manatı gömrük rüsumları, 723,446 mln. manatı ƏDV, 60,681 mln. manatı aksizlər və 13,237 mln. manatı yol vergisinin payına düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR