Bank Of Baku

Azərbaycanda hüquqi şəxslərin bank depozitləri azalıb

Azərbaycanda hüquqi şəxslərin bank depozitləri azalıb
# 12 fevral 2013 13:06 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin ümumi həcmi 2013-cü ilin yanvarın 1-nə 10 699,2 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 252,2 mln. manat və ya 13,3% artıb. Təkcə dekabr ayında depozitlərin həcmi 289,3 mln. manat və ya 2,8% artıb.

 

Depozitlərin tərkibində 5 113,4 mln. manatı və ya 47,8%-i ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əmanətlərin həcmi 2012-ci il yanvarın 1-nə nisbətən 993,6 mln. manat və ya 24,1%, o cümlədən, dekabrda 350,4 mln. manat və ya 7,4% artıb.

 

Bununla yanaşı, hüquqi şəxslərin depozitlərinin həcmi bu ilin əvvəlinə 5 585,9 mln. manata bərabər olub. Bu göstərici ötən il ərzində 258,8 mln. manat və ya 4,9% artıb. Eyni zamanda, dekabr ayında 61,0 mlın. manat və ya 1,1% azalma baş verib.

 

Hüquqi şəxslərin depozitlərinin tərkibində 2 783,0 mln. manat və ya 49,8% maliyyə təşkilatlarının depozitləri, 2 802,9 mln. manat və ya 50,2% qeyri-maliyyə təşkilatlarının depozitlərinin payına düşür.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR