Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda iaşə dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 24,8% artaraq 102,6 mln. manata çatıb. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, özəl sektorda iaşə dövriyyəsinin 49,3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 50,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,2% artaraq 51,8 mln. manat olub.