Bank Of Baku

Azərbaycanda ictimai iaşə xidmətləri bir ildə 14%-dək artıb

Azərbaycanda ictimai iaşə xidmətləri bir ildə 14%-dək artıb
# 16 may 2015 12:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda ictimai iaşə dövriyyəsinin həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 13,5% artaraq 289,9 mln. manat olub.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,8%-i hüquqi şəxs statuslu müəssisələrin, 58,2%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

 

Bu dövr ərzində hüquqi şəxs statuslu özəl müəssisələrdə dövriyyənin həcmi 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,1% artaraq 118,9 mln. manata çatıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR