Bank Of Baku

Azərbaycanda investisiyaların həcmi ötən il 18% artıb

Azərbaycanda investisiyaların həcmi ötən il 18% artıb
# 16 yanvar 2013 09:47 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2012-ci ildə bütün maliyyə mənbələrindən əsas kapitala 15,3 mlrd. manat və ya əvvəlki ilə nisbətən 18% çox vəsait yönəldilib. Bu sərmayənin 78,8%-i daxili mənbələr hesabına təmin edilib.

 

«APA-Economics»in xəbər verdiyi kimi, Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, sərf edilmiş sərmayələrin 43,4%-i məhsul istehsalı, 56,6%-i xidmət sahələri obyektlərinin inşasında istifadə olunub.

 

Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 59,3%-ni təşkil edib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR