Bank Of Baku

Azərbaycanda ixracın 95%-i dövlət sektorunun payına düşür

Azərbaycanda ixracın 95%-i dövlət sektorunun payına düşür
# 26 fevral 2013 10:37 (UTC +04:00)

 

Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycandan xaricə ixrac olunan malların 95%-i dövlət sektorunun payına düşüb.

 

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yanvar ayında ölkədən 1 922,709 mln. dollarlıq ixracın 1 826,080 mln. dolları və ya 95%-i dövlət sektoru, 87,961 mln. dolları və ya 4,57%-i özəl sektorun, 8,668 mln. dolları və ya 0,45%-i isə fiziki şəxslərin payına düşüb.

 

Ölkəyə idxalda isə əsas yeri özəl sektor tutur. Yanvar ayında Azərbaycana 627,543 mln. dollarlıq idxalın 401,575 mln. dolları və ya 64%-i özəl sektor, 180,861 mln. dolları və ya 28,82%-i dövlət sektoru, 45,108 mln. dolları və ya 7,18%-i isə fiziki şəxslərin payına düşüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR