Bank Of Baku

Azərbaycanda kommersiya banklarının xarici öhdəlikləri iyunda artıb

Azərbaycanda kommersiya banklarının xarici öhdəlikləri iyunda artıb
# 12 avqust 2013 13:55 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 776,6 mln. manat və ya 31,5% artaraq 2013-cü ilin iyulun 1-nə 3 245,7 mln. manat təşkil edib.

 

Azərbaycan Mərkəzi  Bankından “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-iyun ayları ərzində xarici öhdəliklər 172,1 mln. manat və ya 5,6%, iyun ayında isə 146,7 mln. manat və ya 4,7% artıb:

 

 

 

Göründüyü kimi, may ayında kiçik azalmadan sonra bankların xarici öhdəliklərinin həcmi yenidən artmağa başlayıb.

 

Eyni zamanda bankların məcmu xarici aktivlərinin həcmi 2013-cü ilin iyulun 1-nə 2 053,6 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 246,0 mln. manat və ya 13,6% artıb. O cümlədən bu ilin yanvar-iyun ayları ərzində 37,5 mln. manat və ya 1,9%-lik artım müşahidə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR