Bank Of Baku

Azərbaycanda kommersiya banklarının xarici öhdəliyi artır

Azərbaycanda kommersiya banklarının xarici öhdəliyi artır
# 03 noyabr 2014 11:41 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə  988,5 mln. manat və ya 27,66% artaraq 2014-cü ilin oktyabrın 1-nə 4 562,4 mln. manat təşkil edib.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, ötən ayla müqayisədə isə, xarici öhdəliklərin həcmi 19 mln. manat və ya 0,42% artıb.

 

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2014-cü ilin oktyabrın 1-nə 2 898,0 mln. manat təşkil edib ki, bu da 2013-ci ilin müvafiq dövrü ilə müqayisədə 766,6 mln. manat və ya 35,97% artıb. Bundan fərqli olaraq, məcmu xarici aktivlərin həcmində ötən ayla müqayisədə sentyabrda 149 mln. manat və ya 4,89%-lik azalma baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR