Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 3 mlrd. 136,1 mln. manat və ya 1,6 dəfə artaraq 2017-ci ilin fevral ayının 1-nə 8 071,7 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, ötən ilin dekabrı ilə müqayisədə bu ilin yanvarında bankların xarici borclanması 846,9 mln. manat və ya 11,72% artıb.
Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2017-ci ilin yanvarın 1-nə 4 013 mln. manat təşkil edib ki, bu da 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 996,5 mln. manat və ya 49,9% azdır. Məcmu xarici aktivlərin həcmində yanvarda 590,6 mln. manat və ya 17,26%-lik artım baş verib.