Bank Of Baku

Azərbaycanda kommersiya banklarının xarici borclanması azalıb

Azərbaycanda kommersiya banklarının xarici borclanması azalıb
# 04 may 2018 15:42 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 5 mlrd. 418,6 mln. manat və ya 3,86 dəfə azalaraq 2018-ci ilin aprel ayının 1-nə 1 892,3 mln. manat təşkil edib.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, fevral ayı ilə müqayisədə martda bankların xarici borclanması 360,6 mln. manat və ya 16% azalıb.

 

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2018-ci ilin aprelin 1-nə 5 871,8 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 712,8 mln. manat və ya 85,88% azdır. Məcmu xarici aktivlərin həcmində fevral ayı ilə müqayisədə martda 600,5 mln. manat və ya 9,28%-lik azalma baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR