Bank Of Baku

Azərbaycanda manat pul bazası azalıb

Azərbaycanda manat pul bazası azalıb
# 06 fevral 2013 14:40 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2013-cü il fevralın 1-nə 9 842,2 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ilin fevralın 1-nə nisbətən bu göstərici 2 240,7 mln. manat və ya 29,5% artıb.

 

Eyni zamanda, bu ilin yanvarında pul bazası 672,8 mln. manat və ya 6,4% azalıb.

 

Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və mərkəzi bankda saxlanılan kommersiya banklarının vəsaitləri daxildir. Bu vəsaitlər hesabına Mərkəzi Bank kommersiya bankları qarşısındakı və digər öhdəliklərini icra edir. Pul bazasının artması ölkədə pul təklifinin artmasını əks etdirir.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR