Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2013-cü il yanvarın 1-nə 16 775,3 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin əvvəlinə nisbətən 2 872,1 mln. manat və ya 20,7% çoxdur.
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, təkcə dekabr ayında geniş mənada pul kütləsi 987,6 mln. manat və ya 6,3% artıb.
Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Pul kütləsinin M2 aqreqatı (manat pul kütləsi) ötən il ərzində 2 809,2 mln. manat və ya 25,5% artaraq 13 806,4 mln. manata çatıb:
(mln.
|
|
01.01.2012 |
01.01.2013 |
|
M0 (nağd pullar) |
7 158,2 |
9 256,6 |
|
M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər) |
8 824,8 |
11 107,9 |
|
M2 (nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər) |
10 997,2 |
13 806,4 |
|
M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər) |
13 903,2 |
16 775,3 |
Göründüyü kimi, il ərzində nağd manat kütləsi 2 098,4 mln. manat və ya 29,3% artıb. Beləliklə, manat pul kütləsinin artımının 75%-i nağd pulların artımının payına düşüb.
Ölkədə nağdlaşma səviyyəsi bu ilin yanvarın 1-nə 67,1%-ə bərabər olub ki, bu da illik müqayisədə 2 faiz bəndi çoxdur.
Qeyd edək ki, 2010-2011-ci illərlə müqayisədə manat kütləsinin artım tempi müəyyən dərəcədə azalıb. Belə ki, 2010-cu ildə artım 34,5%, 2011-ci ildə 32,5% təşkil edib.