Bank Of Baku

Azərbaycanda nağd pulların səviyyəsi 64,6%-ə düşüb

Azərbaycanda nağd pulların səviyyəsi 64,6%-ə düşüb
# 04 oktyabr 2013 13:42 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2013-cü il sentyabrın 1-nə 17 442,3 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 439,3 mln. manat və ya 16,3% çoxdur.

 

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu ilin yanvar-avqust aylarında geniş mənada pul kütləsi 667,0 mln. manat və ya 4,0% artıb.

 

Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.

 

Pul kütləsinin M2 aqreqatı (manat pul kütləsi) son bir ildə 2 512,9 mln. manat və ya 20,6% artaraq 14 731,2 mln. manata çatıb:

 

(mln. AZN)

 

01.09.2012

01.01.2013

01.09.2013

M0 (nağd pullar)

8 134,6

9 256,6

9 516,9

M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər)

 

9 913,6

 

11 107,9

 

11 715,1

M2 (Nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər)

 

12 218,3

 

13 806,4

 

14 731,2

M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər)

 

15 003,0

 

16 775,3

 

17 442,3

 

Qeyd edək ki, 2010-2011-ci illərlə müqayisədə manat kütləsinin artım tempi tədricən azalır. Belə ki, 2010-cu ildə artım 34,5%, 2011-ci ildə 32,5%, 2012-ci ildə 25,6% təşkil edib.

 

Eyni zamanda, son bir il ərzində nağd manat kütləsi 1 382,3 mln. manat və ya 17,0% artıb. Beləliklə, manat pul kütləsinin artımının 55,0%-i nağd pulların artmasının payına düşür.

 

Ölkədə nağdlaşma səviyyəsi bu ilin sentyabrın 1-nə 64,6%-ə bərabər olub ki, bu da illik müqayisədə 2,0 faiz bəndi azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR