Bank Of Baku

Azərbaycanda bankomat və POS-terminallarla aparılan əməliyyatların 96%-i pulların nağdlaşdırılmasının payına düşür

Azərbaycanda bankomat və POS-terminallarla aparılan əməliyyatların 96%-i pulların nağdlaşdırılmasının payına düşür
# 23 yanvar 2013 09:23 (UTC +04:00)

 

 «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Azərbaycan Mərkəzi Bankının statistik hesabatında göstərilir.

 

Beləliklə, bankomat və POS-terminallar vasitəsi ilə ölkə daxilində aparılan nağdsız ödənişlərin 11 aylıq həcmi 2011-ci ilin ümumi göstəricisindən 90 mln. manat və ya 38,8% çoxdur. Eyni zamanda, nağdsız ödənişlərin ölkə daxilində bankomat və POS-terminallarla aparılan əməliyyatların həcmində xüsusi çəkisi də müəyyən dərəcədə artıb. Belə ki, 2011-ci ilin yekunlarına görə, bu göstərici 3,4% təşkil etmişdirsə, 2012-ci ilin 11 ayının yekunlarına görə artıq 4,4%-ə çatıb. Lakin bu göstərici qənaətbəxş və ya məqbul hesab oluna bilməz. Müqayisə üçün bildirək ki, ABŞ-da bankomatlar üzrə aparılan əməliyyatların təxminən 60%-i nağdsız əməliyyatların payına düşür. Avropanın aparıcı ölkələrində də bu göstərici oxşar səviyyədədir, hətta, məsələn, Fransada 70%-ə çatır. İnkişafda olan ölkələrdə və iqtisadiyyatı tam keçid dövrünü tamamlamayan ölkələrdə isə bu göstərici 10% ətrafındadır. Belə ki, Rusiyada bankomatlarla aparılan əməliyyatların təxminən 96%-i nağd pulların çıxarılmasının payına düşür.

 

«APA-Ekonomist» jurnalının ekspertləri hesab edirlər ki, Azərbaycanda son 1-2 il ərzində hökumət və ilk növbədə Vergilər Nazirliyi tərəfindən ölkədə nağdsız hesablaşmaların artırılması, nağd ödənişlərin məhdudlaşdırılması ilə bağlı addımlar atılır və müəyyən tədbirlər görülür: «Lakin, göründüyü kimi, 2011-ci illə müqayisədə xüsusi çəkidə artım cəmi 1 faiz bəndi təşkil edib. Eyni zamanda, nağdsız hesablaşmaların inkişafı və nağd ödənişlərin azalması inzibati addımlar nəticəsində mümkün olmur, bunun üçün müvafiq infrastruktur və virtual ticarət sektoru inkişaf etdirilməlidir və digər obyektiv amillər həllini tapmalıdır».

 

«Bu gün Azərbaycanda nağdsız ödənişlər üzrə infrastruktur lazımi səviyyədə inkişaf etməyib, bankomatların lazım olan vaxtda işləməməsi, orada aparılması lazım olan əməliyyatın mümkünsüzlüyü, ticarət obyektlərində personalının POS-terminallarla işləyə bilməməsi kimi amillər əhali arasında nağdsız ödənişlərə kəskin etibarsızlıq yaradır. Bu səbəbdən sözügedən sahədə hər hansı inzibati məhdudiyyətlər, stimullaşdırıcı kampaniyaların fayda verməsi ehtimalı çox aşağıdır», - deyə «APA-Ekonomist»in analitikləri bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR