Bank Of Baku

Azərbaycanda nəqliyyatçıların və rabitəçilərin məvacibləri son bir ildə 8% artıb

Azərbaycanda nəqliyyatçıların və rabitəçilərin məvacibləri son bir ildə 8% artıb
# 14 avqust 2013 14:31 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda nəqliyyatçıların orta aylıq əmək haqqı 8,3%, rabitəçilərin isə 8,1% artıb.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə nəqliyyat müəssisələrində işləyən 72,1 min muzdlu işçinin 72,3%-i dövlət müəssisələrində, 27,7%-i özəl bölmədə çalışıb. İşçilərin 52,9%-i yerüstü və boru kəməri, 13,5%-i su, 15%-i hava nəqliyyatı, 18,6%-i isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib.

 

Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 8,3% artaraq 523,3 manat olub, bu göstərici hava nəqliyyatında 817,9 manat, dəniz nəqliyyatında 711,1 manat, avtomobil nəqliyyatında 488,4 manat, dəmir yolu nəqliyyatında isə 242 manat təşkil edib. Əmək haqqı dəmir yolu nəqliyyatında 12,8%, avtomobil nəqliyyatında 12,1%, dəniz nəqliyyatında isə 6,6% artıb.

 

İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 26,9 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 8,1% artaraq 665,9 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR