Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət bazarında əhaliyə 10,7 mlrd. manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 9,2% çox müxtəlif istehlak malları satılıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, istehlak mallarının 52,1%-ni ərzaq, 47,9%-ni qeyri-ərzaq malları təşkil edib.
Yanvar-iyul aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin eyni dövrünə nisbətən 1,7 dəfə artaraq 1,3 mln. manat təşkil edib. Əhali on-line rejimində sifariş verdiyi istehlak mallarının 86,1%-ni hüquqi, 13,9%-ni fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 92,8%-ni qeyri-ərzaq malları təşkil edib.