Bank Of Baku

Azərbaycanda plastik kartlarla nağdsız ödənişlərin həcmi 27% artıb

Azərbaycanda plastik kartlarla nağdsız ödənişlərin həcmi 27% artıb
# 18 fevral 2013 13:56 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Son bir ildə Azərbaycanda plastik kartlarla aparılan əməliyyatların həcmi 20%, nağdsız ödənişlərin həcmi 27% artıb.

 

«APA-Economics»in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata əsasən, 2012-ci ildə plastik kartlarla ölkə daxilində aparılan əməliyyatların həcmi 877 mln. manat təşkil edib ki, bu da 2011-ci illə müqayisədə 20% artıqdır. Bu dövrdə kartlar vasitəsilə nağd pulun çıxarılması üzrə əməliyyatların həcmi 844 mln. manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən  19,7% çoxdur. Keçən il Azərbaycanda plastik kartlar vasitəsilə 33 mln. manatlıq nağdsız ödəniş aparılıb ki, bu da 2011-ci illə müqayisədə 27% artıqdır.

 

Hesabat ilində Azərbaycanda plastik kartlarla aparılan əməliyyatlarda nağdsız ödənişlərin payı 3,8% (2011-ci ildə - 3,5%) təşkil edib.

 

POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmi 61,5% artaraq 21 mln. manata çatıb, bankomatlar vasitəsilə nağdsız ödənişlər isə 7,7% azalaraq 12 mln. manata enib.

 

Ümumilikdə, 2012-ci ildə Azərbaycanda buraxılmış plastik kartlarla əməliyyatların həcmi təqribən 20% artaraq 926 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR